XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə”: iki cüdoçumuz zədə səbəbindən heyətdən çıxarıldı 
İdman 12:10 / 01.11.2022
Paytaxtımız Bakı cüdo üzrə "Böyük dəbilqə” turnirinə hazırlaşır. Noyabrın 4-6-da təşkil olunacaq yarışda 66 ölkəni təmsil edən 386 cüdoçu qalib adı uğrunda mübarizə aparacaq. Yarışın startına 3 gün qalmış yığmamızın heyətində dəyişiklik edilib. Turnirdə 90 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində çıxışı planlaşdırılan Vüqar Talıbov və Uşanqi Kokauri zədəli olduqları üçün yığmanın baş həkminin təqdimatı, performans direktor və məşqçilər heyətinin qərarı ilə millinin heyətindən çıxarılıblar.
V.Talıbov və U.Kokaurinin müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Onları oktyabrın 15-də "Böyük dəbilqə” turnirinə seçim xarakterli turnirdə 90 kiloqram çəki dərəcəsində ikinci olmuş Nihad Şıxəlizadə və 100 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü olmuş İbrahimxəlil Ömərov əvəz edəcəklər.


22588 oxunub

InvestAZ