XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Maks Ferstappendən növbəti qalibiyyət
İdman 11:15 / 31.10.2022
Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsi olan Meksika Qran-prisinə yekun vurulub. Rodriges qardaşları adına avtodromda keçirilən yarışın qalibi adını Niderlandın "Red Bull” komandasının pilotu Maks Ferstappen qazanıb. İkinci yeri "Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton tutub. "Red Bull”un digər pilotu Serxio Peres isə üçüncü olub.
Avstraliyalı Daniel Rikkardo ("Maklaren”) ilə toqquşduqdan sonra yapon pilot Yuki Tsunoda ("Alfa Tauri”) yarışı vaxtından əvvəl başa vurub. İspan Fernando Alonso ("Alpin”) da avtomobildəki texniki nasazlıq səbəbindən finişə çata bilməyib.
M.Ferstappen bu mövsüm 14 qələbə qazanıb. Niderlandlı pilot bir mövsümdə birinci yerlərin sayına görə almanlar - Mixael Şumaxer və Sebastyan Fettelin nailiyyətini geridə qoyaraq "Formula 1” rekorduna imza atıb.


22716 oxunub

InvestAZ