XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ukraynadan İran millisi ilə bağlı FIFA-ya müraciət
İdman 20:10 / 31.10.2022
Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi İran millisinin dünya çempionatından kənarlaşdırılmasını istəyir. Qurum Asiya təmsilçisinin mundialda iştirakına qadağa qoyulması xahişi ilə FIFA-ya müraciət edib.
UAF iddia edir ki, İran Rusiyaya hərbi yardım edir, həmçinin, ali futbol qurumunun nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur.
Daha əvvəl "Open Stadiums" qadın hüquq müdafiə təşkilatı İran millisinin DÇ-2022-yə buraxılmaması üçün FIFA-ya müraciət ünvanlayıb.
Qeyd edək ki, dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran yığması İngiltərə, ABŞ və Uelslə bir qrupda mübarizə aparacaq.


32322 oxunub

InvestAZ