XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Uels millisinin adı dəyişir?
İdman 11:38 / 01.11.2022
Futbol üzrə Uels milli komandası bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra adını dəyişə bilər. Hazırda yığma FIFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdə "Wales" adı altında çıxış edir.
Yerli futbol federasiyası komandanın adının "Cymru" ("Həmvətənlər") olması ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, "Cymru" sözü Uelsin öz dilində olan adıdır. Bu ifadə yerli federasiya tərəfindən daxili və xarici əlaqələrdə, eləcə də qurumda çalışan işçilər tərəfindən istifadə olunur.


28292 oxunub

InvestAZ