XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Media nümayəndələri kartinq yarışında
İdman 15:40 / 31.10.2022
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) jurnalistlər üçün növbəti kartinq çempionatı keçirib. Bakı Kartinq Mərkəzində keçirilən yarış yeni F-1 mövsümü öncəsi media nümayəndələrinin yenidən bir araya gəlməsi üçün yaxşı fürsət olub.

Üç ayrı qrupda mübarizənin getdiyi yarışın təsnifat mərhələsindən sonra ən yüksək sürət göstərmiş üç iştirakçı final mərhələsinə yüksəlib. Nəticələrə əsasən, birinci yerin qalibi "İdman TV” kanalının şərhçisi və aparıcısı Fərid Ramazanov olub. F-1.az saytının redaktoru Elçin Zodorov yarışı ikinci, "İctimai TV”nin müxbir və aparıcısı Fəridə Abdullayeva isə üçüncü olub. Qaliblərə BŞH-nin milli mətbuat katibi Turab Teymurov tərəfindən mükafatlar təqdim olunub.

Qeyd edək ki, BŞH Formula 1 yarışının və digər avtoidman növlərinin ölkəmizdə təbliği məqsədilə hər il yerli mətbuat nümayəndələri üçün kartinq çempionatı təşkil edir.

24376 oxunub

InvestAZ