XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında 3-cü başa çatdı
İdman 22:35 / 30.10.2022
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasıda (ABL) 3-cü turuna yekun vurulub. Günün ilk görüşündə "NTD BK" komandası, "Zirvə Astara BK" basketbolçuları ilə qarşılaşıb. Oyuna sürətli başlayan "NTD BK" basketbolçuları yekunda astaralılar üzərində 84-71 hesablı qələbəyə seviniblər.
Ən məhsuldar basketbolçular: "NTD BK" ( Stenford Vilyams - 27 xal, 4 asist), "Zirvə Astara BK" (Rashard Kriukşenk - 32 xal, 7 ribaund).
Turun sonuncu oyunu region komandası "Olimpik Şəki BK" və yerli komanda "Sərhədçi PİK" basketbolçuları arasında baş tutub. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən "Sərhədçi PİK" basketbolçuları parketdən 72-102 hesablı qələbə ilə ayrılıblar.
Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Ceyson Brauer - 27 xal, 5 ribaund), "Sərhədçi PİK" (Maykl Vinn - 25 xal, 4 asist).
Qeyd edək ki, 4 -cü turun oyunları 2 və 5 noyabr tarixlərində, "Sərhədçi” İdman Mərkəzində keçiriləcək.


49589 oxunub

InvestAZ