XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənc karateçilərimiz dünya çempionatında dörd medala sahib oldular
İdman 10:19 / 31.10.2022
Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatının son günündə komandamız daha bir qızıl medal qazanıb. 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) həlledici mərhələdə rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Bundan əvvəl gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olublar. Beləliklə, 2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub.
Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunub.


35770 oxunub

InvestAZ