XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Trek üzrə ikinci mərhələ başa çatı
İdman 09:08 / 31.10.2022
Trek üzrə Bakı kubokunun ikinci mərhələsi başa çatıb. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində 3 gün ərzində keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə ümumilikdə 68 velosipedçi mübarizə aparıb.
Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən Bakı kubokunda qadınlar arasında QİT-500 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Viktoriya Sidorenko (ROEQİUGVM), 2 kilometr məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Radha Şabanova (ROEQİUGVM) hamıdan yaxşı nəticə göstərərək birinci yerə layiq görülüblər.
On yeddi yaşadək oğlanlar arasında QİT-1000 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ravi Rzayev (ROEQİUGVM), 2 kilometr məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Tural İsrafilov (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclər, Elit/U23 yaş kateqoriyasında QİT-100 metr yarışı, 50 dairədən ibarət xallar üzrə qrup ötüşməsi və 3 kilometr məsafəyə təqiblə fərdi ötüşmə növlərində Musa Mikayılzadə bütün rəqiblərindən üstün olub.
Yarışda ilk 3 yeri tutmuş idmançılara medal və diplom təqdim edilib.


28746 oxunub

InvestAZ