XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: “Qarabağ” növbəti mərhələ şansını son tura saxladı
İdman 01:38 / 28.10.2022

Azərbaycanın "Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib. Turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdam klubu Fransada "Nant” komandasının qonağı olub. "Bojuar" stadionunda oynanılan matç "Nant” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi oyunda "Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Ludovik Blas və İqnatius Qanaqo vurublar.

Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə yer alıb. "Nant” 6 xalla üçüncüdür. Qrupa 13 xalla Almaniyanın "Frayburq” klubu başçılıq edir. Yunanıstanın "Olimpiakos” klubu 2 xalla sonuncudur.


25288 oxunub

InvestAZ