XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız Sloveniyada 8 medal qazanıblar
İdman 13:29 / 26.10.2022

Sloveniyanın Slovenc Qradek şəhərində cüdo üzrə sayca 46-cı açıq turnir keçirilib. Yeniyetmələr (U-15 və U-18) arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışın ümumi nəticəsinə görə, Azərbaycan cüdoçuları 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıblar. Belə ki, 15 yaşadək cüdoçu qızlar arasında Nuranə Hacızadə (48 kq) gümüş, Vüsalə Hacıyeva qızıl, Aytən Verdiyeva gümüş, Aysun Məmmədova (hər üçü 52 kq) bürünc medal qazanıblar. On səkkiz yaşadək qızların yarışında isə Məryəm Bayramzadə (40 kq), A.Verdiyeva və Fidan Qasımova (57 kq) qızıl medala sahib olublar. Bu yaş qrupunda V.Hacıyeva isə gümüş medal əldə edib.

Qeyd edək ki, idmançılarımız oktyabrın 24-26-da Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.


25920 oxunub

InvestAZ