XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız Avropa çempionatında içtirak edəcəklər
İdman 11:16 / 26.10.2022

Oktyabrın 28-dən 29-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycanı 14 idmançı (8 oğlan, 6 qız) təmsil edəcək. Belə ki, oğlanlar arasında Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (82 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.

Qızların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva ( hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) iştirak edəcəklər.

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 306 idmançı mübarizə aparacaq.


28306 oxunub

InvestAZ