XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında
İdman 10:13 / 26.10.2022

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan "Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər. Istedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarıqlarını göstəriblər.

Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer almaqla Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.


28047 oxunub

InvestAZ