XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



2 ildən sonra yenidən danimarkalı hakim
İdman 13:30 / 25.10.2022
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Nant" (Fransa) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçı Danimarka Futbol Federasiyasından Yakob Kehlet idarə edəcək. Ona həmyerliləri Lars Hummelqaard və Viktor Skutte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jorgen Burçardt yerin yetəricək. VAR hakimi Jeroen Mansçot, onun köməkçisi Rob Dieperink (hər ikisi Niderland) olacaq.
Oktyabrın 27-i Fransada keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Y.Kehlet 2020-ci ildə Avropa Liqasının 4-cü turunda "Qarabağ"ın "Sivasspor"la matçının da baş hakimi olub. Həmin görüşdə Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub. Bu görüşdə o, "Qarabağ"a 2, rəqib komandaya isə 3 sarı vərəqə göstərib.


28206 oxunub

InvestAZ