XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Əfsanəvi alpinist Denis Urubko ilə görüş keçirilib
İdman 15:50 / 24.10.2022

Oktyabrın 21-də Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə məşhur idmançı, alpinist Denis Urubko ilə görüş keçirilib.

Görüş zamanı əfsanəvi alpinist maraqlı çıxışı, ekstremal vəziyyətlərdə çəkilmiş unikal videoları ilə izləyiciləri tanış edib. Təhkiyəçilik istedadı, auditoriya ilə dialoq qurmaq qabiliyyəti, zaldakıların bütünlükdə diqqətini cəmləyə bilmək bacarığı və Denisin şəxsi xarizması görüşə qeyri-adi rəng qatıb.

Denisin onlarla insan həyatının xilası, unikal məşqlər, təbiətə qayğı, dağlara məxsus prinsiplər və təhlükəsizliyi gözləməyin əhəmiyyətini anladan çıxışı böyük marağa səbəb olub.

22 oktyabr tarixində isə məşhur idmançı paytaxtın Bakıxanov qəsəbəsində yerləşən Kühül dağında master-klass keçib və müxtəlif ləvazimatlardan istifadə metodlarını, bu ləvazimatların təkmilləşdirilməsi, dağlarda müxtəlif tapşırıqların öhdəsindən gəlməyə yardım edəcək tövsiyələrini bölüşüb.

Müxtəlif zirvələri fəth etmiş və mükəmməl məşqçi təcrübəsinə yiyələnmiş alpinistlərdən biri kimi özünün texnikasını işləyib hazırlayan Denis bu gün onu uğurla həyata keçirir.

Qeyd edək ki, Denis Urubko 14 səkkizminliyi fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb.


36226 oxunub

InvestAZ