XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Suqovuşanda start götürən beynəlxalq reqataya Mingəçevirdə yekun vuruldu
İdman 16:28 / 23.10.2022

Avarçəkənlərimiz ənənəvi turnirdə 26 medalqazandılar

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə keçirilən "Mingəçevir reqatası-2022”yə yekun vurulub. Açılış mərasimi Suqovuşanda keçirilən yarışın son iki günü Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

13 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirin son günündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 kateqoriyada mükafatçıların adlarına aydınlıq gəlib. Sonuncu gündə qeydə alınan nəticələrdən sonra avarçəkənlərimiz yarışı 5 qızıl, 10 gümüş və 11 bürünc medalla tamamlayıblar. Yekunda 26 medala sahib olan komandamız bu nəticə ilə ikinci yeri tutub.

İdmançılara mükafatların təqdim olunmasından əvvəl yarışda iştirak edən ölkələrin nümunəvi paradı təşkil olunub. 13 ölkənin idmançıları ardıcıl şəkildə Kür çayında dövrə vurublar. Daha sonra isə qaliblər mükafatlandırılıb.

Mükafatları qaliblərə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputat Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.

Beləliklə, AKAF avarçəkmə yarışını ikinci dəfə tarixi torpağımızda təşkil etməklə həm də dünyaya bir mesaj vermiş oldu. İndi federasiyanın uğurlu təşkilatçılığı ilə yekunlaşan bu turnirin iştirakçıları ən azından bu torpaqların əzəli Azərbaycan torpağı olduğunu biləcək, Qarabağdakı yarışı daim sülh, barış, əminamanlıq və böyük sevinclə xatırlayacaqlar.


32843 oxunub

InvestAZ