XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zeki Öztürk: “Azərbaycan qısa zaman ərzində hazırlıq işlərini yüksək səviyyədə görüb”
İdman 15:16 / 21.10.2022

"Qarabağ zəfərindən sonra Suqovuşanda ikinci dəfə beynəlxalq yarışın təşkil edilməsi Azərbaycanın sadəcə, döyüş və iqtisadiyyat meydanında deyil, idman sahəsində də qüdrətini göstərir”.

Bu sözləri "Mingəçevir reqatası-2022”nin Suqovuşanda keçirilən açılış mərasimində iştirak edən Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk deyib.

O, Azərbaycanın qısa zaman ərzində yarışa yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

"Mən burada sonuncu dəfə iki həftə əvvəl olmuşdum. Həmin vaxt hələ tribunalar tam qurulmamışdı. Lakin bu gün görürəm ki, bütün hazırlıq prosesi uğurla yekunlaşıb. Azərbaycan qısa zaman ərzində hazırlıq işlərini yüksək səviyyədə görüb. Buna görə də Gənclər və İdman Nazirliyini, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təmsilçilərini və bu işdə əməyi keçən hər kəsi təbrik edirəm. Həqiqətən də qısa müddət ərzində burada belə bir şərait qurub, yarış keçirmək təqdirəlayiqdir. Ölkəmiz də bu turnirdə mübarizə aparır. Hər sahədə olduğu kimi Azərbaycana bu mövzuda da dəstək oluruq. Bu yarışların ədalətli şəkildə keçməsini və layiqli idmançıların qalib gəlməsini istəyirik. Amma daxilimizdə Azərbaycan və Türkiyə komandalarının bu yarışda ən çox medal qazanan ölkə olmasını arzulayırıq. Bütün yarış iştirakçılarına uğurlar arzulayır və Suqovuşandakı yarışların növbəti illərdə də təşkil olunmasını diləyirəm”, - deyə Zeki Öztürk bildirib.


Azər Əlizadə


23655 oxunub

InvestAZ