XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: "Əsl inkişaf belə olur"
İdman 14:16 / 21.10.2022

"Bu gün Suqovuşanda növbəti idman bayramı keçirilir. Bu gözəl gün münasibətilə hər kəsi təbrik edirəm. Bu torpaqlara bayram yaraşır".
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov"Mingəçevir reqatası-2022"nin açılış mərasimində jurnalistlərə açıqlamasında bildirib.

Nazir beş aydan sonra yenidən Suqovuşanda avarçəkmə üzrə beynəlxalq turnirin təşkil olunmasını federasiyanın inkişafı kimi qiymətləndirib.

"May ayında Qarabağda ilk beynəlxalq yarış təşkil olundu. 5 ay müddətində yenidən biz Suqovuşanda avarçəkmə üzrə yarışların açılış mərasimində iştirak edirik. İştirakçı ölkələrin sayı ötən dəfəki turnirlə müqayisədə iki dəfə artıb. Əsl inkişaf belə olur. İnanıram ki, növbəti illərdə iştirakçı ölkələrin sayı daha da artacaq. Bundan başqa bu yarış Avropa Kanoe Federasiyasının təqvim planına daxil edilib. Bu inkişafın nəticəsidir. Cənab Prezidentin tapşırığı ilə Qarabağda quruculuq işləri gedir. Sevinirik ki, idmançılar da bu inkişafda iştirak edirlər. Biz artıq Şuşada şahmat və velosiped, Suqovuşanda isə avarçəkmə üzrə yarışlar keçirmişik. İnşallah gələcəkdə belə tədbirlərin sayı daha da artacaq", - deyə Fərid Qayıbov bildirib.


28874 oxunub

InvestAZ