İdman 14:53 / 21.10.2022
"Artıq ikinci dəfədir ki, Qarabağda, Suqovuşanda belə bir tədbir həyata keçiririk. Birinci dəfə beş ölkə yarışlarda iştirak edirdisə, bu dəfəki turnirdə artıq iştirakçı ölkələrin sayı 13-dür".
Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev "Mingəçevir reqatası-2022"nin Suqovusanda keçirilən açılış mərasimində deyib.
Federasiya rəsmisi budəfəki reqatanın Avropa Kanoe Federasiyasının təqvim planına daxil edildiyini deyərək, yarışın gələcəkdə də ənənəvi olaraq keçiriləcəyinibildirib.
"Bu tədbir 50 ildən artıqdır ki, ənənəvi olaraq keçirilir. Yarışı ənənəvi olaraq növbəti illərdə də keçirmək istəyirik. Gələcəkdə təkcə Suqovuşanda deyil, Füzulidə, Qubadlıda və Qarabağın digər regionlarında da belə mötəbər tədbirlərin keçirilməsi planlaşdırılır. Bunun üçün su hövzələrində baxışlar keçiririk. Tezliklə, həmin regionlara səfər edərək, yoxlanışlar aparacağıq. Əgər biz beynəlxalq tədbir keçirmək istəyiriksə, vəziyyəti öyrənmək üçün xarici mütəxəssislər də dəvət edəcəyik. Bütün bu proseslər başa çatandan sonra tədbirin nə vaxt keçiriləcəyi barədə dəqiq fikir söyləmək olar",- deyə Fərhad Əliyev bildirib.
Azər Əlizadə