XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şahmatçılarımız gənclər arasında dünya çempionu oldular
İdman 09:02 / 23.10.2022
İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatına yekun vurulub. Qızların mübarizəsində Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb. Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb. Bu tur ərəfəsində 8,5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8,5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.
Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.
Kişilərin yarışında da son bu tur sonuncu olub. Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər heç-heçəyə razılaşıblar.
Bu nəticədən sonra A.Qədimbəylinin xalı 8-ə, M.Muradlınınkı isə 7,5-ə çatıb.
Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.


32629 oxunub

InvestAZ