XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha bir cüdoçumuz “Böyük dəbilqə”də fərqləndi
İdman 20:16 / 22.10.2022
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə” turniri davam edir. Yarışların ikinci günündə cüdoçumuz Zelim Tçkayev (81 kq) bürünc medala sahib çıxıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Abılayxan Jubanazar (Qazaxıstan) üzərində qələbə qazanıb. Bu komandamızın turnirdə qazandığı ikinci bürünc medaldır.
Xatırladaq ki, daha əvvəl komandamızın üzvü Balabəy Ağayev (60 kq) bürünc medal əldə etmişdi.
Qeyd edək ki, Azərbaycan "Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.
Turnidə oktyabrın 23-də yekun vurulacaq.


29102 oxunub

InvestAZ