XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Mingəçevir reqatası-2022”: Azərbaycan idmançıları ilk gündə 14 medala sahib oldular
İdman 18:00 / 21.10.2022
"Mingəçevir reqatası-2022”nin ilk yarış gününə yekun vurulub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə Suqovuşanda start götürən ənənəvi yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu alınıb. Belə ki, 13 ölkənin iştirakı ilə keçirilən yarışın ilk günündə komandamızın üzvləri 4 qızıl, 6 gümüş və 4 bürünc medala sahib olublar. Təmsilçilərimiz avarçəkmənin kayak və kanoe növlərində 200 metr məsafəyə qızlar və oğlanlar arasında təşkil olunan yarışlarda fərqlənərək mükafatçılar sırasında yer almağı bacarıblar.
Qeyd edək ki, beynəlxalq turnirin növbəti yarışları oktyabrın 22-23-də Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə bacarıqlarını nümayiş etdirəcəklər.


30488 oxunub

InvestAZ