XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə” turniri bu gün başlayır
İdman 01:15 / 21.10.2022
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Böyük dəbilqə” turnirinə start veriləcək. Üç gün davam edəcək yarışa dünyanın 66 ölkəsindən 428 idmançı mübarizə aparacaq. Komandamız turnirdə 13 (11 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Belə ki, qadınlar arasında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyev (52 kq), kişilərin yarışında isə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Tofiq Məmmədov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Vüqar Talıbov (90 kq), Elmar Qasımov (100 kq), Camal Qamzatxanov (+100 kq) mübarizə aparacaqlar. İdmançılarımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınların baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət komandanın böyük məşqçisi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.


32957 oxunub

InvestAZ