XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klassiklərimiz dünya çempionatında 3 medal qazanıblar
İdman 21:50 / 19.10.2022
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir. Yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. N.Məmmədli səkkizdəbir finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb - 9:0. Güləşçimiz növbəti mərhələdə ukraynalı Vladislav Kuzkoya gücünü göstərərək (4:1) adını yarımfinala yazdırıb. Millimizin üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabı ilə qalib gələrək finala adlayıb. N.Məmmədli həlledici görüşdə türk güləşçi Kerem Kamala məğlub olaraq (0:8) gümüş medalla kifayətlənib.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabı ilə üstələyib. Q.Qurbanov səkkizdəbir finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. İdmançımız dörddəbir finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevə 7:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz sonadək üstünlüyünü qoruyub və 8:2 hesablı qələbə ilə dünya çempionu olub.

Beləliklə, dünya çempionatına 6 idmançı ilə yollanan yunan-Roma güləşi üzrə millimiz mundialı 1 qızıl və 2 gümüş medalla başa vurub.


26000 oxunub

InvestAZ