XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan kubokunun püşkü atıldı
İdman 16:25 / 19.10.2022
AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2022/2023-cü il mövsümünün püşkü atılıb. 14 komandanın iştirakı ilə keçiriləcək kubok mövsümündə mübarizə səkkizdəbir final mərhələsindən başlayacaq. Dörddəbir final mərhələsindən etibarən oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq.
Püşkə əsasən, səkkizdəbir final mərhələsində "Qəbələ" – "Araz Naxçıvan”, MOİK – "Səbail", "Sabah" – "Qaradağ Lökbatan", "Kəpəz" – "Sumqayıt", "Şamaxı" – "Turan Tovuz” və "Mingəçevir” – "Zirə” oyunları keçiriləcək. Bu mərhələnin matçları noyabrın 22-23-də təşkil olunacaq.
Dekabrın 8-9-da və 19-20-də dörddəbir final mərhələsi çərçivəsində "Qarabağ” klubu "Qəbələ" / "Araz Naxçıvan” cütünün qalibi, MOİK / "Səbail" cütünün qalibi "Sabah" / "Qaradağ Lökbatan" matçının qalibi, "Kəpəz" / "Sumqayıt" cütünün qalibi "Şamaxı" / "Turan Tovuz” cütünün qalibi, "Mingəçevir” / "Zirə” cütünün qalibi isə "Neftçi” ilə qarşılaşacaq.
Azərbaycan kuboku uğrunda yarışa gələn il iyunun 3-də yekun vurulacaq.


23999 oxunub

InvestAZ