XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəhmətkeşlərin 22-ci Respublika Spartakiadası keçirilir
İdman 21:38 / 18.10.2022

"Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında 22-ci Respublika Spartakiadasına start verilib. 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr edilən tədbir böyük marağa səbəb olub. Açılış mərasimində çıxış edənlər turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər. "Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən spartakiadada iştirakçılar 10 idman növündə - futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, şahmat, dama, nərd və güllə atıcılığında mükafatlar uğrunda mübarizə aparırlar.

Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, bədən tərbiyəsi və idman məşqlərinə cəlb etməkdir.

"Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov spartakiada haqqında fikirlərini "Olimpiya dünyası” qəzetinə bildirib. "Spartakiadada 7 təşkilatın komandaları mübarizə aparır. Zenit” İdman Cəmiyyəti hər zaman kütləvi tədbirlərin keçirilməsində fəallığı ilə seçilib. Bu gün keçirilən spartakiada da belə tədbirlərdən biridir. Bu gün spartakiadanın proqramına daxil olan futbol yarışları keçirilir. Turnir iştirakçılarına bu gərgin mübarizədə uğurlar arzulayıram”.

Qeyd edək ki, Respublika Spartakiadasına oktyabrın 23-də yekun vurulacaq.


32766 oxunub

InvestAZ