XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımızın Eyndhoven sınağı 7 medalla yadda qaldı
İdman 19:50 / 16.10.2022
Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib. 40-a qədər ölkədən 800 idmançının iştirak etdiyi G2 kateqoriyalı yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçumuzdan 7-si fəxri kürsüyə yüksəlib.
Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olub. Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) 3-cü yeri tutublar.
Beləliklə, yığmamız açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.


29289 oxunub

InvestAZ