XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçimiz Çexiyada gümüş medala layiq görüldü
İdman 18:30 / 16.10.2022

Çexiyanın Havirov şəhərində keçirilən stolüstü tennis üzrə "Eurotalents Development Camp” adlı təlim-məşq toplanışı və turnirə yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasındanverilən məlumata görə, oktyabrın 9-dan 15-dək davam edən toplanışda 15 və 17 yaşadək idmançılar mübarizə aparıblar. Toplanışdan sonra keçirilən turnirdə ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil ediblər. Turnirin yalnız final görüşündə uduzan M.Nurmətova fəxri kürsünün ikinci pilləsində yer alıb, Adil Əhmədzadə isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışda Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri mübarizə aparıblar.



25951 oxunub

InvestAZ