XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kayak və kanoeçilərimiz Gürcüstanda 5 medala sahib oldular
İdman 18:05 / 16.10.2022
Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq Gürcüstan birinciliyi keçirilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, təşkilatçı ölkə ilə yanaşı, Azərbaycan və Ermənistan komandalarının da iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb. Ölkəmizi bu yarışda məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Komandamızın çıxışı uğurlu alınıb. Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançımız gümüş medala sahib olub. Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə ikinci yer tutub. 2 nəfərlik kayak qayığında 200 metr məsafədə isə Ramil Mustafayev və Rüfət Rəhimov cütlüyü ikinci yerə layiq görülüb.


27185 oxunub

InvestAZ