XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Təmsilçimiz Almaniyada dünya çempionatında ölkəmizi təmsil edəcək
İdman 21:07 / 16.10.2022

Noyabrın 12-də Almaniyanın Paderborn şəhərində sudo idman növü üzrə 11-ci dünya çempionatı keçiriləcək. 500-dən çox idmançının iştirak edəcəyi yarışda ölkəmizi 5-ci dan qara kəmər ustası Samir Səlimov təmsil edəcək. Təmsilçimiz yarışda -75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Yarışa hazırlığını davam etdirən Samir Səlimov hazırlıqla bağlı fikirlərini "Olimpiya dünyası” qəzetinə bildirib. "Əvvəllər ənənəvi və şotakan karate növü üzrə yarışlarda iştirak etmişəm. Hətta kata ve kumite üzrə respublika finalçısı, London kubokunun bürünc medalçısı, müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşam. Gələn ay Almaniyanın Paderborn şəhərində təşkil olunan sudo üzrə dünya çempionatı mənim üçün yeni sınaq olacaq. Sudo versiyası üzrə isə ilk dəfədir ki, dünya çempionatında iştirak edəcəyəm. Çıxış edəcəyim yaş qrupunda iki çəki dərəcəsi var: -75 kq və +75 kq. Hazırda çəkim 65 kq olduğu üçün bu yarışda -75 kq çəkidə mübarizə aparacağam. Yarışa hazırlıq prosesi yüksək səviyyədə davam edir. Sudo növü şotakandan və WKF-dən fərqləndiyinə görə məşqlərimi əsasən, boks, kikboksinq və digər növlərlə məşğul olan idmançılarla keçirəm Bu da sudonun daha kontak versiya olmasından irəli gəlir. Yarışda güclü idmançıların çıxış edəcəyi gözlənilir. Çəkimin 65 kq olmasına baxmayaraq bu versiyada döyüşüb Vətənə çempion kimi qayıtmaq istəyirəm”, - deyə Samir Səlimov bildirib.



30889 oxunub

InvestAZ