XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqasında dördüncü tura yekun vuruldu
İdman 02:54 / 14.10.2022
UEFA Avropa Liqasının qrup mərhələsində IV tura yekun vurulub. A qrupunda Türkiyənin "Fənərbağça" klubu Kiprdə AEK (Larnaka) komandasını, Fransa "Renn"i isə Polşada Ukraynanın "Dinamo" (Kiyev) kollektivini məğlub edərək, pley-offa adlayıb.
"Qarabağ"ın yer aldığı G qrupunda Almaniya "Frayburq"u Fransada "Nant"ı darmadağın edərək, adını 1/8 finala yazdırıb.
B qrupunda isə "Betis" İspaniyada İtaliya "Roma"sı ilə heç-heçə edərək, növbəti raunda yüksəlib.
E qrupunda İspaniya "Real Sosyedad"ı evdə Moldova "Şerif"inə 3:0 hesabı ilə qalib gəlməklə, pley-offa yüksəlib. H qrupunda isə Türkiyə "Trabzonspor"u evdə Fransa "Monako"sunu darmadağın edib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin "Fənərbağça", Fransanın "Renn", Almaniyanın "Frayburq" və İspaniyanın "Betis" klubları qrupdan çıxmağı təmin edib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
13 oktyabr
A qrupu
20:45. "Budö Qlimt" (Norveç) - "Arsenal" (İngiltərə) - 0:1
23:00. PSV (Niderland) - "Sürix" (İsveçrə) - 5:0
Xal durumu: "Arsenal" - 9 (3 oyuna), PSV - 7 (3 oyuna), "Budö Qlimt" - 4, "Sürix" – 0 (4 oyuna)
B qrupu
20:45. AEK (Larnaka, Kipr) - "Fənərbaxça" (Türkiyə) - 1:2
20:45. "Dinamo” (Kiyev, Ukrayna) - "Renn" (Fransa) - 0:1
Xal durumu: "Fənərbaxça" – 10, "Renn" – 10, AEK – 3, "Dinamo” - 0
C qrupu
20:45. "Betis" (İspaniya) - "Roma" (İtaliya) - 1:1
23:00. "Lüdoqorets" (Bolqarıstan) - HİK (Finlandiya) - 2:0
Xal durumu: "Betis" - 10, "Lüdoqorets" - 7, "Roma" - 4, HİK - 1
D qrupu
20:45. "Yunion" (Belçika) - "Braqa" (Portuqaliya) - 3:3
23:00. "Yunion" (Berlin, Almaniya) - "Malmö" (İsveç) - 1:0
Xal durumu: "Yunion" - 10, "Braqa" - 7, "Yunion" (Berlin) - 6, "Malmö" - 0
E qrupu
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) - 1:0
23:00. "Real Sosyedad" (İspaniya) - "Şerif" (Moldova) - 3:0
Xal durumu: "Real Sosyedad" - 12, "Mançester Yunayted" - 9, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
20:45. "Feyenoord" (Niderland) - "Midtüllan" (Danimarka) - 2:2
23:00. "Latsio" (İtaliya) - "Şturm" (Avstriya) - 2:2
Xal durumu: "Feyenoord" - 5, "Midtüllan" - 5, "Latsio" - 5, "Şturm" - 5
G qrupu
20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:0
20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya) - 0:4
Xal durumu: "Frayburq" - 12, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 1
H qrupu
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1
23:00. "Trabzonspor" (Türkiyə) - "Monako" (Fransa) - 3:0
Xal durumu: "Ferentsvaroş" - 9, "Trabzonspor" - 6, "Monako" - 6, "Srvena Zvezda" - 3


24471 oxunub

InvestAZ