XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak etmək hüququ qazanıb
İdman 23:40 / 13.10.2022
UEFA Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib. Azərbaycanın "Qarabağ” klubu G qrupunun dördüncü turu çərçivəsində Yunanıstanın "Olimpiakos” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda hesab açılmayıb. Bu oyundan sonra Qurban Qurbanovun baş məşqçisi olduğu komanda G qrupunda 7 xalla ikinci, hesabında 1 xal olan "Olimpiakos” isə sonuncu pillədədir. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi G qrupunda ən azından üçüncü yeri rəsmiləşdirib. Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak etmək hüququ əldə edib.
Qrupun digər görüşündə Almaniyanın "Frayburq” klubu Fransada "Nant”ı darmadağın edib - 0:4. Hazırda G qrupuna 12 xalla "Frayburq” klubu başçılıq edir. "Nant” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.


24855 oxunub

InvestAZ