XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İdman gimnastlarımız dünya kuboku yarışında mübarizə aparıblar
İdman 10:02 / 14.10.2022
Oktyabrın sonu noyabrın əvvəlində Böyük Britaniyada keçiriləcək dünya çempionatı öncəsi kişi və qadın idman gimnastları "Challenge” seriyasına aid dünya kuboku yarışında güclərini sınayıblar. Türkiyənin Mersin şəhərində keçirilən yarışda ölkəmizi yığma komandanın üzvləri kişilər arasında İvan Tixonov, qadınlar arasında Milana Minakovskaya və Samirə Qəhrəmanova təmsil ediblər. Yarışda ən yaxşı nəticəni S.Qəhrəmanova göstərərək gimnastika tirində 13-cü olub. Digər qadın gimnastımız Milana Minakovskaya müxtəlif hündürlüklü qollarda 15-ci, gimnastika tirində isə 19-cu pillədə qərarlaşıb.
Millimizin üzvü İvan Tixonov turnikdə 17-ci, sərbəst hərəkətlərin icrasında isə 23-cü olub.

23853 oxunub

InvestAZ