XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəka sahibimiz mükafat fondu 150 min dollar olan turnirdə yarışacaq 
İdman 11:14 / 13.10.2022
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsində çıxış edəcək. "Aimchess Rapid" adlanan mərhələ oktyabrın 14-dən 21-dək keçiriləcək. Turnirdə seriyanın təşəbbüskarı Maqnus Karlsen və həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa daha 14 şahmatçı mübarizə aparacaq. Bunlar niderlandlı Aniş Giri, Hindistan şahmatçıları Qukeş, Arcun Eriqaisi, Pentala Harikrişna, Vidit Santoş və Aditya Mittal, macar Riçard Rapport, polşalı şahmatçı Yan-Kşıştof Duda, özbək Nodirbek Abusattarov, Almaniya təmsilçisi Vinsent Keymer, ispan David Quyarro, isveçli Nils Qrandelius, Kanada təmsilçisi Erik Hansen və ABŞ şahmatçısı Daniel Narodskidir.
Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.


25569 oxunub

InvestAZ