XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo məşqçiləri üçün növbəti seminar
İdman 20:37 / 10.10.2022
Şəki Olimpiya İdman Kompleksində Şimal-Qərb bölgəsindən olan cüdo məşqçiləri üçün seminar təşkil olunub.
Seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri - Olimpiya dərəcəli hakim Fariz Hüseynov və beynəlxalq dərəcəli "B” kateqoriyalı hakim Arzu Acalova tərəfindən keçirilib.
Seminarda rəqibi itələyərək "işçi zona"dan çıxarma və cüdoçuların hansı hallarda cərimə olunacağı barədə ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.

24513 oxunub

InvestAZ