XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib
İdman 16:10 / 10.10.2022
Rusiyanın idman gimnastikası üzrə dördqat Olimpiya mükafatçısı, dünya və Avropa çempionu MariyaPaseka ölkəsini tərk edib. 27 yaşlı atlet bu barədə sosial şəbəkə hesabında bildirib. Paseka hazırkı dönəmdə Rusiyada özünü inkişaf etdirə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyası 2022-ci ilin sonunadək Rusiya təmsilçilərinin yarışlarda iştirakına qadağa qoyub. MariyaPaseka 2012-ci ildə London Olimpiadasında gümüş və bürünc, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iki bürünc medal qazanıb. Gimnast ikiqat dünya və üçqat Avropa çempionudur.
Daha əvvəl Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat Olimpiya çempionu AnastasiyaDavidova da ölkəni tərk edib. 

28162 oxunub

InvestAZ