XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Rusiya və Belarus boksçularına qoyulan qadağa ləğv edildi
İdman 14:55 / 10.10.2022
Beynəlxalq Boks Assosiasiyası (IBA) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.IBA-nın Direktorlar Şurası əvvəlki qərarın ləğvi, həmçinin Rusiya və Belarusdan olan boksçuların dərhal yarışlarda iştirak etməsinə icazə verilməsi üçün səs verib.
"IBA qəti şəkildə hesab edir ki, siyasət idmana heç bir təsir göstərməməlidir. Ona görə də bütün idmançılara bərabər şərait yaradılmalıdır. Qurum beynəlxalq idman federasiyası kimi öz muxtariyyətinə hörmət etməklə yanaşı, siyasi cəhətdən neytral və müstəqil qalmalıdır”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Həmçinin vurğulanıb ki, IBA bütün ölkələri sülhə çağırır və istənilən münaqişədə sülhməramlı olaraq qalır: "Bundan əlavə, IBA-dan milli mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq, idmançılara və yarış rəsmilərinə bərabər münasibətin olmasını təmin etmək tələb olunur. Qərara əsasən, Rusiya və Belarusdan olan hakimlər və texniki rəsmilər də yarışlara qayıdacaqlar”.
Xatırladaq ki, fevralın 24-də başlayan Rusiya - Ukrayna münaqişəsi ilə əlaqədar olaraq Rusiya Federasiyası və Belarus boksçularının IBA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulmuşdu.
 

26694 oxunub

InvestAZ