XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kikboksçularımızın İtaliya zəfəri
İdman 10:54 / 10.10.2022

İtaliyanın Yezolo şəhərində uşaq, yeniyetmə və gənclər arasında dünya çempionatı keçirilib. Yarışda iştirak edən Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb. Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, 38 idmançı ilə dünya çempionatına yollanan yığmamızın 20 üzvü (7 qızıl, 6 gümüş və 7 bürünc medal) fəxri kürsüyə qalxaraq, tarixi nəticəyə imza atıb. İndiyədək AKF idmançıları həm medal sayı, həm də əyar baxımından belə nəticə göstərməyib.
Komandamızın üzvlərindənMurad Gəncəliyev (K1, 45 kq), Rafiq Babazadə (K1, 48 kq), Sübhan Məmmədov (lowkick, 45 kq), Ramal Zeynallı (lowkick, 48 kq), Elvin Məmmədov (lowkick, 54 kq), Amin Quliyev (lowkick, 60 kq) və Nizami Əliyev (kicklight, 32 kq) qızıl medal qazanıblar. RinatQiyasov (lowkick, 45 kq), Renat Qiyaslı (lowkick, 51 kq), Vüqar Məmmədov (lowkick, 60 kq), Akif Quluzadə (K1, 57 kq), Əli Cəfərli (fullcontact, 54 kq) və Kənan Cəfərli (kicklight, 57 kq) gümüş medallara sahib çıxıblar. Bürünc medallara isə Şükür Aslanlı (lowkick, 42 kq), Mahmud Hüseynov (57 kq), Nicat Ələkbərli (lowkick, 63,5 kq), Səfərəli Vəhədov (lowkick, 71 kq), Gülməmməd Səfərli (lowkick, +81 kq), Elton Hüseynov (lowkick, +91 kq) və Murad Məmmədov (fullcontact, 60 kq) layiq görülüblər. 
Qeyd edək ki, ötən il MonteneqronunBudva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

29373 oxunub

InvestAZ