XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



MOK-un 30 illik yubileyinə ithaf olunmuş “Olimpiya təhsili” adlı kitab işıq üzü görüb
İdman 12:52 / 07.10.2022
Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Olimpiya təh­sili” adlı yeni kitabı işıq üzü görüb.
Kitab Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə ithaf olunub. Kitabda Olimpiya təhsili ilə bağlı sənədli materiallar öz ək­sini tapıb. Müxtəlif bölmələr üzrə yerlərdə Olimpiya məktəbləri­nin yaradılması, həmçinin bu məktəblərə uşaq və gənclərin cəlb edilmə­si Olimpiya təhsili proqramının əsas hissəsini təşkil edib.
Kitabda ölkəmizdə ümumtəhsil məktəblilərdə Olimpiya təh­sili və mədəniyyətin inkişaf etdirilməsi, ümumtəhsil məktəblə­rində olimpizm fəlsəfəsinin təbliği, uşaqların Olimpiya biliyinin səviyyəsinin yüksəldilməsi, şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılma­sı, dərs prosesində və əlavə olaraq Olimpiya Hərəkatı, olimpizm fəlsəfəsi və Olimpiya idealları haqqında müfəssəl mə­lumatlar və başqa problemlər öz əksini tapıb.
Ümid edirik ki, kitab məktəblilər, idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı olacaq.
Nəzərə almaq lazımdır ki, kitab olimpizmin təhsilini və mədəniyyətini öyrənmək, təbliğ et­mək üçün geniş əhatəyə malik olan ilk nəşrdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




25477 oxunub

InvestAZ