XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



FİFA-dan Mahir Emreli üçün cəza
İdman 13:10 / 07.10.2022
Millimizin Zaqreb "Dinamo"sunda çıxış edən hücumçusu Mahir Emreli FİFA tərəfindən cəzalandırılıb. Bu barədə Emrelinin sabiq klubu "Legiya"nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski öz Tvitter səhifəsində paylaşım edib.
O bildirib ki, 25 yaşlı hücumçu Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub. Qərara görə "Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməlidir. Qadağa Mahir borcunu ödəyənə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Legiya"ya keçmişdi. Dekabrda isə "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücumu zamanı Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna çıxmayan hücumçu Polşa klubundan ayrılaraq "Dinamo"ya keçib.

24928 oxunub

InvestAZ