ADBTİA-nın nəşrləri beynəlxalq sərgidə nümayiş olunur
İdman 11:53 / 07.10.2022
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası davam edir. Oktyabrın 5-dən başlayan sərgidə çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evləri iştirak edir. İştirakçılar sərgi-yarmarkasında çap məhsullarını nümayiş etdirir, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparırlar. Sərginin B074 nömrəli stendində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəşrləri də nümayiş olunur.Beynəlxalq sərgi oktyabrın 9-dək davam edəcək.
27748 oxunub