XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün daha üç cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
İdman 10:41 / 07.10.2022
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzenegger (Fransa) / İsmael Alhasseyn (Niger) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosrati (Qaçqın komandası) ilə görüşəcək. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiaye (İsveçrə) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

29017 oxunub

InvestAZ