XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo hakimlərimiz B kateqoriyası alıb
İdman 10:06 / 04.10.2022

Azərbaycan Cüdo Federasiyasının (ACF) iki hakimi B kateqoriyalı beynəlxalq status alıb. Bəhriyyə Hüseynova və Elşad Əsədov Sloveniyanın Sele şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunmuş imtahandan uğurla keçiblər.

Onlar ilkin olaraq nəzəri hissəyə dair, daha sonra oktyabrın 1-də və 2-də keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.

Qeyd edək ki, bu il federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyası qazanıb.


31723 oxunub

InvestAZ