XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımızın Tirana sınağı uğurla yekunlaşdı
İdman 15:05 / 03.10.2022
Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub. Komandamız yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millimizin heyətinə komandamıza medalı Səyyad Dadaşov (54 kq) qazandırıb. Komandamızın digər üzvlərindən Cavad Ağayev (68 kq) gümüş, Eltac Qafarov (74 kq) isə bürünc medala yiyələnib. 
Yığmamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçirilən G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayıb.  Millimiz yarışı 6 medalla başa vurub. Komandamızın heyətində Qaşım Maqomedov (58 kq), Taleh Süleymanov (80 kq) və Patimat Abakarova (49 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Yalnız finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci yeri tutub.  Milli üzvlərindən Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər. Azərbaycan kişi taekvondoçuların medal siyahısında komanda hesabında birinci, qadınlarda üçüncü olub.  Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib.

31911 oxunub

InvestAZ