XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ümumdünya Şahmat Olimpiadasında ölkəmiz beş komanda ilə təmsil olunacaq
İdman 12:14 / 29.09.2022
Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək. Bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yarışda ölkəmiz 5 komanda ilə təmsil olunacaq.
Azərbaycan-1 komandasında Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740), Azərbaycan-2 kollektivində isə Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901) və Aysel Cəfərova (1489) yer alıblar. Aydan Şükürova (1732), Nurtən Nuriyeva (1691),Lalə Hüseynova (1702), Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504) Azərbaycan-3, Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451) Azərbaycan-4 komandasının heyətində güclərini sınayacaqlar. Azərbaycan-Naxçıvan komandasının heyətində Seyid Hüseyn (2097), Rza Həsənli (1566), Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632) və Zərifə Abbasova (1480) çıxış edəcəklər.
Olimpiadada ilk turun oyunları oktyabrın 2-də keçiriləcək. Doqquz turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.
On altı yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadasında 25 ölkədən 35 komanda mübarizə aparacaq.


29012 oxunub

InvestAZ