XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Uzun illərdən sonra keçmiş rəqiblər Bakıda görüşdülər
İdman 10:48 / 28.09.2022
Sentyabrın 28-də ABŞ-ın sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Con Smit və dünya çempionu, Əfqanıstan müharibəsinin veteranı Salli Roberts Azərbaycan İdman Akademiyasının qonağı olub. Qonağı akademiyada sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayev, Olimpiya çempionu, ADBTİA-nın idman işləri üzrə prorektoru Fərid Mansurov qarşılayıblar. Daha sonra qonaqlar Akademiyanın prorektoru Fuad Hacıyevlə görüşüblər. Qonaqları səmimi qarşılayan Fuad Hacıyev çıxış edərək, Akademiyanın fəaliyyəti və görülən işlər barəsində geniş məlumat verdi. Con Smit isə öz növbəsində Akademiya rəhbərliyinə və Xəzər İsayevə bu səmimi qəbula görə minnətdarlığını çatdırdı. Görüş başa çatdıqdan sonra qonaqlara xatirə hədiyyələri təqdim olundu.
Məlumat üçün bildirək ki, amerikalı ikiqat olimpiya çempionu Con Smit Xəzər İsayevlə birlikdə 62 kq çəki dərəcəsində çıxış edərək, ayrı-ayrı yarışlarda bir-birinə rəqib olublar.


35888 oxunub

InvestAZ