XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şuşada “Qarabağın idman tarixi” kitabının təqdimatı olub
İdman 12:08 / 20.09.2022
Bu günlərdə Şuşa şəhərində yerləşən Bülbülün ev muzeyində pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu "Qarabağın idman tarixi” adlı kitabının təqdimatı keçirilib. Müəllif bu kitabda Qarabağın folklorunu, xalq oyunlarını, beynəlxalq, dünya və Avropa çempionatlarında iştirak etmiş məşhur idmançıların fəaliyyətini təhlil etmiş, əldə olunan idman nəticələrini bir araya toplamışdır. Kitab 2 fəsil və 12 yarımfəsildən ibarətdir. Kitab oxucuda müəyyən təəssüratlar yaradır, orijinal fikirlər təbii səsləndiyi üçün oxucunu yormur, incitmir, əksinə onu daha səbrli, dözümlü, tolerant olmağa həvəsləndirir.

28154 oxunub

InvestAZ