XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: Qrup mərhələsində ikinci tura yekun vuruldu
İdman 02:14 / 16.09.2022
UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub. Oyun günündə 8 qrupda ümumilikdə 15 matç təşkil olunub. Azərbaycan çempionu "Qarabağ” qrup mərhələsində ilk qələbəsini qazanıb. Ağdam təmsilçisi doğma meydanda Fransanın "Nant” klubunu qəbul edib. Görüş "Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeupun digər oyununda Almaniya təmsilçisi "Frayburq” səfərdə Yunanıstanın "Olimpiakos” komandasına 3:0 hesabı ilə qalib gəlib.
A qrupunun "Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Qrup mərhələsi, ikinci tur
A qrupu
"Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə) - 2:1
Xal durumu: "Budö Qlimt" - 4, "Arsenal" - 3, PSV - 1, "Sürix" - 0
B qrupu
"Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr) - 0:1
"Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə) - 2:2
Xal durumu: "Renn" - 4, "Fənərbağça" - 4, AEK - 3, "Dinamo" - 0
C qrupu
"Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 3:2
"Roma" (İtaliya) - HİK (Finlandiya) - 3:0
Xal durumu: "Betis" - 6, "Roma" - 3, "Lüdoqorets" - 3, HİK - 0
D qrupu
"Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya) - 1:0
"Yunion" (Belçika) - "Malmö" (İsveç) - 3:2
Xal durumu: "Braqa" - 6, "Yunion" - 6, "Yunion" (Berlin) - 0, "Malmö" - 0
E qrupu
"Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
"Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr) - 2:1
Xal durumu: "Real Sosyedad" - 6, "Mançester Yunayted" - 3, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
"Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya) - 5:1
"Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) - 6:0
Xal durumu: "Feyenoord" - 3, "Midtüllan" - 3, "Latsio" - 3, "Şturm" - 3
G qrupu
"Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya) - 0:3
"Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 3:0
Xal durumu: "Frayburq" - 3, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0
H qrupu
"Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya) - 2:1
"Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan) - 0:1
Xal durumu: "Ferentsvaroş" - 6, "Trabzonspor" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0.

25115 oxunub

InvestAZ