XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



3 boksçumuz beynəlxalq turnirin finalına vəsiqə qazanıb 
İdman 15:11 / 15.09.2022
ABŞ-ın Pueblo şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin də qatıldığı yarışda Azərbaycan yığmasının 3 üzvü finala yüksəlib.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) görüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici raundda Xinminq Ma (Çin) ilə üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.
Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2 (30:27, 29:28, 29:28, 28:29, 28:29). Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu Nelvi Tiafakla (Almaniya) görüşəcək.
Komanda yoldaşlarından fərqli, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçu 3-cü yeri tutub.
Qeyd edək ki, final qarşılaşmaları bu gün baş tutacaq.


31628 oxunub

InvestAZ