XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” bu gün Avropa Liqası çərçivəsində “Nant” klubu ilə qarşılaşcaq
İdman 12:06 / 15.09.2022
Ağdamın "Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Komandamız G qrupundakı ikinci sınağında Fransanın "Nant” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisinin heyətində Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov zədəli olduqları üçün oyunu buraxacaqlar. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.
"Nant” ilk turda Yunanıstanın "Olimpiakos” komandasını məğlub edib - 2:1. "Qarabağ” isə Almaniyada "Frayburq”a eyni hesabla uduzub.
G qrupunun digər matçında "Olimpiakos” klubu "Frayburq”u qəbul edəcək.


28078 oxunub

InvestAZ