XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz Avropa çempionatına qələbə ilə başladı
İdman 11:22 / 15.09.2022
Bakıda arena polo üzrə Avropa çempionatına start verilib. Çempionatda Azərbaycan, Avstriya, İsveçrə və İspaniya komandaları birincilik uğrunda mübarizə aparırlar.
Yarış Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan millisi yarışa qələbə ilə başlayıb. Avstriya ilə qarşılaşan poloçularımız rəqibini 6:4 hesabı ilə məğlub ediblər.
Digər oyunda isə İspaniya və İsveçrə yığmaları üz-üzə gəliblər. Görüş İspaniya millisinin 9:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması keçiriləcək. Hər komandanın heyətində 3 idmançı yer alıb. Amma yığmalar müxtəlif sayda oyunçular təqdim ediblər.


29796 oxunub

InvestAZ